Rusiya mayın 9-na səfərbərliyə hazırlaşır
03 May 2022
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya Federasiyasında səfərbərliyə hazırlıq əlamətləri olduğunu bildirib. Onun ehtimalına görə, Rusiya mayın 9-da səfərbərlik elan etməyə hazırlaşır
O, bu barədə “Novoe vremya” jurnalına verdiyi müsahibədə bildirib.
“Bəli, hazırlaşırlar. İndi Federal Ehtiyat onların anbarında nə olduğunu yoxlamağa və səfərbərlik əmrləri üçün nə verə biləcəklərini hesablamağa başlayıb. Bu, real səfərbərliyə başlamazdan əvvəl mütləq zəruri addımdır”, -deyə Baş Kəşfiyyat İdarəsinin rəisi bildirib.
Budanov Rusiyanın mayın 9-dan əvvəl Ukraynanın şərqində qalib gəlməyə can atdığını da bildirib. Onun fikrincə bu onların ən ümdə məqsədidir... “lakin, ümidvaram ki, bu baş tutmayacaq”.
Xatırladaq ki, bundan əvvəl Aleksey Arestoviç Rusiyada keçiriləcək səfərbərliyin Putin rejiminin süqutunu sürətləndirəcəyini bildirmişdi.
Qeyd edək ki, bu gün Ukraynada yaşayan rus vətəndaşlar da rus işğalçılarına qarşı döyüşürlər. Arestoviçin dediyinə görə, Ukraynadakı yerli ruslar artıq öz legionlarını da formalaşdırıb və hətta forma da alıblar.
Yeri gəlmişkən, yenə də Arestoviçin dediyinə görə, vəziyyət tələb edərsə, Ukraynada səfərbərlik mayın 24-dən sonra davam edəcək.