Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya marafonunda QALMAQAL: İdmançının köynəyində Ukrayna gerbi...

Rusiyanın Yekaterinburq şəhərində yüngül atletlərin “May tufanı” yarışında 2-ci yeri qazanan idmançının geyimi qalmaqala səbə olub.

Bu idmançını sosial şəbəkələrdə ictimailəşdirən, gündəmə gətirən Kremlin təbliğatçısı Vladimir Solovyov olub.

Teleaparıcı yarış iştirakçılarından birinə diqqət çəkib və onu sərt tənqid edib.

Söhbət yarışda ikinci yeri tutan Ural atleti Aleksandr Antonovdan gedir. O, Ukraynanın gerbi olan köynəklə marafonu başa vurub.

İdmançı bu hərəkəti ilə bağlı yerli mətbuata açıqlamasında özünə haqq qazandırıb:

"Sosial şəbəkələrdə minlərlə nifrəti gördüm. Heç açıb oxumuram, onları bloklayıram. Aydındır ki, onların arasında həm botlar, həm də real insanlar var, lakin onların sayı-hesabı yoxdur. “Öl, pislik".