Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya indi də Mariupolda avtomobil oğurlayır - VİDEO

“Mariupolda küçədəki bütün maşınlar (istər zədələnmiş, istər salamat olanlar) işğalçılar tərəfindən toplanaraq “Azov” bazarının meydanına toplanır”.

Bu barədə şəhər merinin müşaviri Petr Andryuşşenko özünün “Telegram” kanalında məlumat verib.

“Deyirlər ki, guya bu, “tapıntı”ların hesabatı üçün edilir. Sahibləri bir ay ərzində (əslində 01.07.2020-dən əvvəl) meydana çıxmasalar, bütün avtomobillər “gənc respublika”nın mülkiyyəti kimi tanınacaq”, - deyə o bildirib.

Müşavir bunu Mariupol sakinlərinin aviabombalardan, “Qrad”lardan, “Smerç”lərdən salamat qalan əmlakının tamamilə oğurlanması ilə bağlı ikinci addım adlandırıb. Andryuşşenko bundan əvvəl sakinlərin daşınmaz əmlakının hesabatının aparıldığını xatırladıb.