Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əraqçi: ABŞ-nin 15 bəndlik təklifinə cavab verilməyib

İran ABŞ-nin münaqişənin sona çatdırılması üçün təklif etdiyi 15 bəndlik planına cavab verməyib.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində deyib.

"Biz Amerikanın 15 bəndlik təklifinə heç bir cavab göndərməmişik, nə də hər hansı təklif və ya şərt irəli sürmüşük", - o bildirib.

Əraqçi qeyd edib ki, İran atəşkəsi qəbul etməyəcək:

"Yalnız müharibənin sonunu, yəni fasiləni deyil, bütün regionda hərbi əməliyyatların dayandırılmasını qəbul edəcəyik".

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.