Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya iki ölkənin 11 diplomatını ölkədən çıxarır

Rusiya Norveçin 3 diplomatını ölkədən çıxarıb.

CNN-in xəbərinə görə, məlumatı Norveç Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Qərar Buça qətliamına cavab olaraq aprelin əvvəlində Norveçin eyni sayda rusiyalı diplomatı “persona non qrata” elan etməsindən sonra qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Yaponiyanın 8 diplomatı ölkədən çıxarılacaq.

Qeyd olunub ki, onlar mayın 10-dək Rusiyanı tərk etməlidirlər.