Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya ərazisinə diversiya-kəşfiyyat qrupu daxil olub: Gərgin döyüşlər gedir

Ukraynanın diversiya-kəşfiyyat qrupu Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonu ərazisinə daxil olub.

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Ukrayna Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu Qrayvoronski rayonu ərazisinə daxil olub. Rusiya Silahlı Qüvvələri sərhəd xidməti, Milli Qvardiya və Federal Təhlükəsizlik Xidməti ilə birlikdə bununla bağlı tədbirlər görür. Təfərrüat barədə məlumat veriləcək”, - deyə o, “Telegram” kanalında qeyd edib.

Qeyd edək ki, hazırda Belqorod vilayəti ərazisində gərgin döyüş gedir. Lakin Ukrayna tərəfi Beloroda daxil olan qüvvələrin Ukrayna ordusuna aidiyyatı olmasını təkzib edir. Onlar bu qüvvələrin "Azad Rusiya legionu" adlı hərbi müxalifət olduğunu qeyd edirlər.

Bundan əvvəl legionun hərbçiləri Rusiya ərazisinə daxil olduqları barədə bəyanat yayaraq, məqsədlərinin Putin rejimini devirmək olduğunu bildiriblər.