Rusiya, Çin və İran birgə hərbi təlimə başladılar
15 Mart 2023
Martın 15-dən 19-dək Rusiya, Çin və İran və bir sıra digər ölkələr Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri-2023” birgə hərbi dəniz təlimləri keçirəcək.
Pressklub.az-ın məlumatına görə, bu barədə Çin Müdafiə Nazirliyi xəbər yayıb.
Təlimlərlə bağlı digər təfərrüatlar hələlik açıqlanmır.
Fevralın 17-27-də Rusiya, Çin və Cənubi Afrikanın ikinci birgə hərbi dəniz təlimləri də Hind okeanının cənub hissəsində baş tutub.
Cənubi Afrika Respublikasının Moskvadakı səfiri Mzuvukile Maketuka deyib ki, təlim “Qərbin tənqidlərinə baxmayaraq, problemsiz və kənardan müdaxiləsiz keçib və məqsədlərinə nail olub”. Diplomat həmçinin əlavə edib ki, təlimlərin davam etdirilməsi gözlənilir.