Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Rusiya bayrağının SSRİ bayrağı ilə əvəzlənsin” təklifi SƏSVERMƏYƏ ÇIXARILDI

Rusiya Kommunist partiyası tərəfindən Dumaya təklif edilən “Dövlət bayrağının SSRİ bayrağı ilə əvəzlənməsini nəzərdə tutan” qanun layihəsi ölkənin hüquq portallarından birində səsverməyə çıxarılıb.

Sual belə qoyulub:

“Dövlət Dumasına SSRİ bayrağının Rusiya bayrağı kimi müəyyən edilməsini təklif edən qanun layihəsi təqdim edilib. Bu haqda nə düşünürsünüz?

Sorğuda səs verənlərin 63, 9 faizi təkliflə razılaşdığını, 36,1 faizi isə bunun əleyhinə olduğunu bildirib.



Xatırladaq ki, aprelin 19-da Rusiya Kommunist partiyası Rusiyanın öz ərazisində varislik prinsipini təmin etmək üçün üçrəngli bayrağı SSRİ bayrağı ilə əvəz etməyi təklif edib.

Bu barədə qanun layihəsi Dövlət Dumasının elektron məlumat bazasında dərc edilib.

Qanun layihəsinə edilən izahatda qeyd edilir ki, bu dəyişikliklər tarixi boşluq və qanunvericiliyin birmənalı şərh edilməməsi cəhdlərini aradan qaldıracaq, vətəndaşların vətənpərvərlik tərbiyəsinə töhfə verəcək./Lent.az