Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya “Azovstal”dan qaçmağa çalışan kanadalı generalı əsir götürdü

Rusiya qüvvələri “Azovstal” kombinatından qaçmağa çalışan kanadalı generalı əsir götürüb.

“pravda.ru” xəbər verir ki, onun Kanada Quru Qoşunlarının generalı Trevor Kadieu olduğu bildirilib.

Xəbərə görə, kombinatdakı ukraynalı hərbçilər generalın orada olmasını gizlətmək və qaçışını təşkil etmək məqsədi ilə provokasiyalar törətsələr də, bu, baş tutmayıb.

Trevor Kadieunun kombinatın mühasirəsindən dəfələrlə çıxmağa çalışdığı bildirilib.

Qeyd olunub ki, Qərbin “Azovstal”da qalan şəxslər üçün humanitar dəhlizlərin açılması ilə bağlı israrı həm də oradakı xarici hərbi ekspertlərin mühasirədən çıxması ilə əlaqədardır.

Trevor Kadieunun təxminən 7 ay öncə Kanada ordusunun komandanı vəzifəsinə təyin edildiyi, lakin seks qalmaqalı səbəbi ilə 2022-ci ilin aprelində hərbi xidmətdən istefa verdiyi bildirilib.