Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya amerikalı senatoru axtarışa verdi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ senatoru Lindsi Qremi axtarışa verib.

TASS xəbər verir ki, bu barədə qurumun məlumat bazasında qeyd olunur.

“Qrem Lindsi Olin, amerikalı, 9 iyul 1955-ci il təvəllüdlü Cinayət Məcəlləsinin maddəsinə əsasən axtarılır”, - məlumatda deyilir. Söhbətin hansı maddədən getdiyi açıqlanmır.

Xatırladaq ki, bu günlərdə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin rusofob ifadələr faktı ilə bağlı L. Qrem barəsində cinayət işinin açılmasını tapşırmışdı.