Rüfət Səfərov hücuma məruz qaldığını deyir
16 Mart 2023
Bakıda “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərova martın 15-də axşam saatlarında hücum olduğu bildirilir.
Səfərovun özünün AzadlıqRadiosuna deməsinə görə, o saat 20:00 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində maşınına əyləşərkən tanımadığı bir şəxsin hücumuna məruz qalıb:
"Uzun müddətdir ki, evimin yanında eyni yerdə maşınımı saxlayıram və heç bir problem yaşanmır. Buna görə də orada avtomobillərin dayanacaq məsələsinə baxan bir nəfərə ödəniş də edirəm. Bugün, martın 15-i, axşam maşına əyləşərkən uzaqdan mənə tərəfə gələn bir nəfəri gördüm. O mənə yaxınlaşaraq kobud ifadələrlə "nə vaxtdan burada maşın saxlamısan, qazilərin yerini tutmusan” dedi".
Hüquq müdafiəçinin sözlərinə görə, bundan sonra həmin şəxs onun qoluna girib və harasa dartmağa başlayıb:
"Mən onun qolundan çıxan kimi, mənə başı ilə zərbə endirdi. Başımda papaq olmasaydı, mənə əməlli-başlı xəsarət yetirərdi. Bundan sonra mən ona heç bir qarşılıq vermədən, onun əlindən çıxıb maşına əyləşə bildim və polisə məlumat verdim".
Səfərov hesab edir ki, təxribatla üzləşib:
"Buna hüquqi qiymətin verilməsi və bunun araşdırılması artıq hüquq-mühafizə orqanlarının üzərinə düşür".
Hüquq müdafiəçisinin söylədikləri ilə bağlı Daxili İşlər Nazirliyindən isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, məsələdən xəbərdardırlar və bununla bağlı məlumat veriləcək.

“Heç bir qarşıqlıq vermədən… polisə məlumat verdim"