Rüfət Səfərov barəsində dörd ay həbs qətimkan tədbiri seçilib
04 Dekabr 2024
Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.
Vəkil Elçin Sadıqov bildirib ki, işə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb. “Rüfət Səfərovun cinayət törətməsi ilıə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədi. Yalnız həbs qəti imkan tədbiri barədə təqdimar verildi. Biz ev dustaqlığı ilə bağlı vəsatət verdik. Məhkəmə vəsatəti təmin etmədi”, - deyə vəkil bildirib.
Rüqfət Səfərov məhkəmədə bildirdi ki, həbsi hüquq müdafiəçisi fəaliyyətinə görə ondan qisas almaq məqsədi daşıyır. Eyni zamanda həbsi onun ABŞ-da mükafat almasının qarşısını lamaq üçün həyata keçirilib. O qeyd etdi, “Elmar Hüseynov kimi nəticə gözləyirdi, həbs edilməsi daha “yüngül cəza” oldu”. Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.