Rubl məngənədə - Beynəlxalq Bank məhdudiyyət tətbiq etdi və... aradan qaldırdı
28 Fevral 2022
Rusiyanın Ukraynaya hərbi təcavüzü və dünya birliyinin sərt müdaxiləsindən sonra rubl kəskin ucuzlaşıb. Hələ bir neçə gün əvvəl 1dollar – 75 rubl nisbəti bu gün bəzi banklarda və qara bazarda 1 dollar – 150 rubla çatıb.
Rublun kəskin ucuzlaşması Azərbaycandan da yan keçməyib. Artıq Beynəlxalq Bank rublla bağlı qeyri-müəyyənlik və riskləri nəzərə alaraq əhaliyə xəbərdarlıq göndərməyə başlayıb.
Beynəlxalq Bankdan Azərbaycan müştərilərinə göndərdiyi xəbərdarlıqda deyilir:
“Hörmətli Müştəri,
Maliyyə bazarlarında Rusiya rublu (RUB) ilə bağlı yaranmış vəziyyətlə əlaqədar müvəqqəti olaraq İnternetBank xidmətində, Rusiya rublunda (RUB) bütün nağd, nağdsız və kross konvertasiya (alış/satış) əməliyyatlarının aparılması məhdudlaşdırılır.
Əməliyyatların bərpası barədə əlavə məlumat veriləcəkdir”.
Maraqlıdır ki, birinci xəbərdarlıqdan cəmi 3 dəqiqə sonra hansısa müdaxilə nəticəsində ikinci müraciət olub və məhdudiyyətin aradan qaldırıldığı elan edilib.
Şərhsiz...