Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəsmi Moskva: Ukraynanın NATO-ya üzvlüyü qəbuledilməzdir

Ukraynanın NATO-ya mümkün üzvlüyü Rusiya üçün qəbuledilməzdir.

Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Potensial olaraq belə bir qərar bizim üçün əlbəttə ki, qəbuledilməzdir, çünki bu, təhdidedici hadisədir", - o qeyd edib.

D.Peskov vurğulayıb ki, bir ölkənin təhlükəsizliyi başqa bir ölkənin təhlükəsizliyinə təhdid hesabına təmin edilə bilməz.