Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rəsmi Bakı İrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün şərtləri açıqlayıb

Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası üçün şərtlər diplomatik missiyaya qarşı terror aktı işi üzrə istintaqın başa çatması, cinayətin icraçılarının və sifarişçilərinin məsuliyyətə cəlb edilməsindən ibarətdir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazrliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə iyunun 12-də jurnalistlər üçün brifinqdə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin fikirlərini şərh edərkən bildirib.

Bu gün iranlı diplomat bildirib ki, Bakı və Tehran gərginliyi azaltmaq üçün bir sıra addımlar atıblar.

Onun sözlərinə görə, hazırda tərəflər danışıqlar mərhələsindədir ki, "gərginlik mərhələsindən yeni mərhələyə keçsinlər, Azərbaycanın Tehrandakı səfirliyi yenidən açılsın".

Öz növbəsində, Hacızadə qeyd edib ki, həqiqətən  son vaxtlar Azərbaycanla İran arasında bəzi əlaqələr olub.

"Danışıqlar zamanı məlum vəziyyətlə bağlı xarici işlər nazirlər arasında fikir mübadiləsi aparılıb", -  Hacızadə qeyd edib.

Bu ilin yanvarında terror hücumu nəticəsində fəaliyyəti dayandırılmış Azərbaycan səfirliyinin işinin bərpası məsələsinə gəlincə, Azərbaycan tərəfi istintaqın başa çatmasını gözləyir.

"Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”, - Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.