REAL-ın dövlət qeydiyyatı ləğv edilə bilər
07 Mart 2023
İlqar Məmmədovun rəhbərlik etdiyi REAL-ın dövlət qeydiyyatı ləğv oluna bilər.
Pressklub.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri özünün feysbuk hesabında bildirib.
O qeyd edib ki, əgər yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanunun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında partiyanın dövlət qeydiyyatı ləğv ediləcək.
“Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq. Bunun qarşısını almağın yolunu bilirsiniz. Özünüz də üzv kimi qeydiyyatdan keçin, yaxın bildiyiniz adamların hər birini də cəlb edin”, – deyə, partiya sədri anons edib.