Logo
news content
User
Kateqoriyalar

Xəbər

Raqmazanda "yardım" fırıldağı - DİN müraciət etdi

Daxili İşlər Nazirliyi Ramazanda yardım kampaniyası adı altında dələduzluq edənlər barədə xəbərdarlıq edib.

Bu barədə nazirliyin xəbərdarlığında deyilir:

"Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər” məlumatda deyilir.

Nazirlik vətəndaşların  yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edib.