Qubad İbadoğlu “saxta pul hazırlamaq” maddəsilə saxlanılıb
24 İyul 2023
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə siyasətçinin qızı bildirib.
«Onu hal-hazırda «bandotdelin» zirzəmisində saxlayırlar. Ona dərman və paltar kimi ehtiyacları götürməyə imkan verməyiblər. Hələ də özünə lazım olan dərmanları yoxdur. Atamın yüksək təzyiq və şəkəri var, dərmanlar onun həm də digər daxili orqanları üçündü. Həmin dərmanlarsız o sadəcə məhv ola bilər», - daha sonra Bayramova bildirib.
***
Qubad İbadoğlu hansısa Anar Əliyevin şikayəti əsasında saxlanılıb. Əliyev siyasətçinin "ona dollar verdiyini" bildirib. Bu barədə jurnalistlərə vəkil Zibeydə Sadıqova məlumat verib.
O, İbadoğlunun Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) şübhəli şəxs qismində cəlb olunduğunu təsdiqləyib.
İbadoğlu bu iddiaları rədd edir. "O, deyib ki, Anar Əliyev kimi adamı, ümumiyyətlə, tanımır ", - vəkil qeyd edib.
Vəkil dəqiqləşdirib ki, axtarış İbadoğlunun ofisində və yaşamadığı mənzildə aparılıb. Mənzildə 40 min dollar pul tapılıb. Lakin İbadoğlu pulun ona aid olmadığını bildirib, axtarışın aparıldığı mənzil isə sadəcə, onun adına rəsmiləşdirilib.
"Qubad İbadoğlu uzun müddətdir Azərbaycanda yaşamır. O, ölkəyə yeni gəlib. Bu pulların Qubad İbadoğluya aidiyyatı yoxdur. Biz etiraz etdik və iradlarımızı protokolda yazdıq", - vəkil deyib.
O qeyd edib ki, hazırda İbadoğlu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində saxlanılır.
Bu gün istintaq hərəkətləri davam etdiriləcək. 48 saat ərzində ittiham irəli sürülməlidir, bundan sonra qətimkan tədbiri seçilməlidir. Hesablama 24 iyul gecə yarısından aparılır, o vaxta qədər İbadoğlu şahid statusunda olub.
İbadoğlunun qardaşı Qalib Bayramov bildirib ki, iyulun 23-də səhər həmin mənzilin kilidlərindən birini açıb içəri girə bilməyib. "Qapıda iki kilid var. Yuxarı açıldı, aşağı açılmadı. Zəng edib Qubada bildirdim. Dedi ki, günorta özü gələcək. Düşündüm ki, məndəki dublikat açar olduğundan ilişə bilər.
Hesab edirəm ki, cinayət ittihamını əsaslandırmaq üçün mənzilə əvvəlcədən pul qoyulub. Qubadın FETÖ ilə heç bir əlaqəsi yoxdur. Qubad öz vətənini sevən, ölkənin rifahı naminə çalışan ləyaqətli vətəndaşdır", - qardaşı bildirib.
İbadoğlu iyulun 23-də günorta saxlanılıb. Dünən gecə Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci maddəsilə (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) cəlb edilib.
Ötən ay İbadoğlu Milli Şuranın rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan diplomat Arif Məmmədovla birlikdə Azərbaycan gənclərinin təhsil fondunun yaradıldığını bildirib. Fond Londonda qeydiyyatdan keçib.
Qubad İbadoğlu xaricdəki azərbaycanlı məmurların əmlakının müsadirə edilməsi və həmin vəsaitlərin bu fonda köçürülməsi təşəbbüsü ilə çıxış edib.