Qubad İbadoğlu saxlanılıb
23 İyul 2023
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir", - məlumatda bildirilib.
***
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb. Bu barədə İbadoğlunun qızı Jalə Bayramova məlumat verib. Onun sözlərinə görə, İbadoğlu saat 13-14 radələrində Novxanı-Sumqayıt yolunda Sumqayıt gəncləri ilə görüşə gedən zaman saxlanılıb.
İbadoğlunun ofisində axtarış aparılır.
Öz növbəsində, DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir.
Q.İbadoğlu siyasi fəaliyyəti ilə yanaşı, iqtisadçı-alim kimi də tanınır.
Son illər o, hakimiyyətin ünvanına, xüsusən də insan haqlarının pozulmasına və korrupsiyaya görə kəskin tənqidlərlə çıxış edir.
Bu günlərdə İbadoğlu Böyük Britaniyada Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri, professor Cəmil Həsənli və Avropada siyasi mühacirətdə olan keçmiş diplomat Arif Məmmədovla birgə “Azərbaycan Gənclərinin Təhsil Fondu” təsis edib.
Bundan sonra onların hər üçü hökumətyönlü internet resurslarına hücumlara məruz qalıblar.