Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qriqoryan amerikalı generallarla görüşüb - Gündəmdə regiondakı vəziyyət olub

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Filips və general-mayor Patrik Priori ilə görüşüb.

“Aysor” xəbər verir ki, bu barədə Ermənistan TŞ-dən bildirilib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.

Onlar həmçinin Ermənistan və ABŞ arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar.

Görüşün harada keçirildiyi açıqlanmayıb.

Xatırladaq ki, A.Qriqoryanın bu gün Moskvada rusiyalı həmkarı Nikolay Patruşevlə görüşü gözlənilir.