Qlobal azadlıq hesabatı açıqlanıb
09 Mart 2023
Mərkəzi qərargahı ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən “Freedom House” insan hüquqları təşkilatı qlobal azadlıq hesabatı yayıb. 2022-ci ili əhatə edən reytinq ölkə və əraziləri üç qrupa ayırır: azad, qismən azad, qeyri-azad.
Amerikada bir qrup ölkə, o cümlədən Kanada, ABŞ, Braziliya, Argentina, Çili, Afrikada bir neçə ölkə, o cümlədən Qana, Cənubi Afrika Respublikası, Asiyada Monqolustan, Cənubi Koreya, Yaponiya, Okeaniyada Avstraliya, Yeni Zelandiya azad sayılır.
Əksər Avropa ölkəsi də, o cümlədən Estoniya, Latviya və Litva azad ölkələr arasında yer alır.
Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Türkiyə və İran qeyri-azad, Moldova, Ukrayna, Gürcüstan, Ermənistan qismən azad ölkələr kimi göstərilir.