Qızılın qiyməti kəskin ucuzlaşıb
31 Yanvar 2026
"Comex" birjasında 2026-cı ilin aprelində çatdırılacaq qızıl fyuçersinin dəyəri bir troya unsiyası üçün 4 850 dollardan aşağı enib.
Bunu ticarət platformasının məlumatları təsdiq edir.
Bakı vaxtı ilə saat 21:42-də qiymətli metalın qiyməti 8,68 % azalaraq troya unsiyası üçün 4 890 təşkil edib. Saat 21:47-yə qədər qızılın qiyməti troya unsiyası üçün 4 888,6 dollara qədər enib (-8,71 %).
Daha sonra qiymətli metalın qiyməti 4 850 dollardan aşağı düşüb.
Qyd edək ki, bir müddət əvvəl qızılın qiyməti bir troya unsiyası üçün 5600 dolları keçmişdi