Qiyamətə qalmayan qısas: Əlində ukraynalı əsgərin kəlləsini tutan rusiyalı faşist öldürülüb
09 Fevral 2023
Siyasi texnoloq və Rusiya ordusunun zabiti İqor Manquşev fevralın 4-də Ukraynanın Luhansk vilayətində başından ağır yaralandıqdan sonra xəstəxanada vəfat edib.
Hələ yay aylarında Manquşev əlində insan kəlləsi səhnədə çıxış etmişdi. Onun öz sözlərinə görə, bu kəllə Ukraynanın Mariupol şəhərinin müdafiəsində iştirak edən və həlak olan ukraynalı əsgərin kəllə sümüyü olub. O zaman onun səhnədən çıxış etməsi hay-küyə səbəb olmuşdu.
Onun ölümü barədə məlumatı Rusiyanın RIA Novosti agentliyinə onun dostu Akim Apaçev verib.
Apaçevin sözlərinə görə, o bugünlərdə xəstəxanada Manquşevə baş çəkib. O deyib ki, Manquşev dərin koma vəziyyətində olub və sağ qalacağına ümid olmayıb.
Naməlum şəraitdə
AzadlıqRadiosunun rus xidməti yazır ki, Manquşev naməlum şəraitdə yaralanıb.
MİG teleqram-kanalının məlumatına görə, hadisə Luqansk vilayətinin Rusiyanın nəzarətindəki Staxanovo məntəqəsində, yoxlama-buraxılış postunda baş verib.
Məlumatda deyilir ki, Manquşevin başına yaxın məsafədən atəş açılıb.
Ona kimin və nə səbəbə atəş açdığı məlum deyil.
Həmin çıxış
Manquşevin əlində kəllə sümüyü ilə lovğa çıxışının videosu ötən ilin avqustunda yayılmışdı.
Manquşev həmin çıxışında deyirdi ki, Rusiya yenə də “anti-Rusiya ideyalı dövlət olan Ukrayna” ilə mübarizə aparır.
O bildirirdi ki, bu ideyanın bütün daşıyıcıları öldürülməlidir.
O əlavə etmişdi ki, buna görə nə qədər Ukrayna əsgərinin öldürülməli olduğu onu maraqlandırmır.
Manquşevi əlində olan kəllə sümüyünün həqiqətən də Mariupolda öldürülmüş Ukrayna əsgərinə aid olması iddiası yoxlanmamışdı. Amma Ukrayna bu videounun yayılmasından sonra rəsmən BMT-yə müraciət etmişdi.
Priqojinin yaxın adamı
Rusiya mediaları Manquşevi E.N.O.T (rusca vahid xalq icmaları yoldaşlığı) özəl hərbi şirkətinin əsasını qoyanlardan biri kimi təqdim edirlər.
Onun habelə "Vagner" özəl hərbi şirkətinin banisi, “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeni Priqojinə yaxın olduğu deyilirdi.
E.N.O.T qruplaşmasının üzvləri 2014-cü ildə Ukraynanın şərqində, daha sonra isə Suriyada döyüşüblər. Onlar habelə Krımın ilhaqında iştirak ediblər.
Amma indi teleqram-kanallar Manquşevi Rusiya ordusunun kapitanı kimi təqdim edirlər.
O isə özü qondarma “Luqansk xalq respublikası” milisinin dronlarla mübarizə bölümünün komandiri kimi təqdim edirdi.