Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırmızı "qızılımız"...

2023-cü ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (313,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (54,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (47,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın may sayında bildirilir.

Cari ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,4 milyon ABŞ dolları) üçüncü olub.