Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qırğızıstan rus filmlərini qadağan etdi

Qırğızıstan Ukraynadakı münaqişədə neytral mövqeyi ilə əlaqədar Donbasdakı hadisələrlə bağlı üç rus filminin nümayişinə qadağa qoyub.

Bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov deyib.

“Mövcud beynəlxalq vəziyyətlə əlaqədar, həmçinin Qırğızıstanın neytrallıq mövqeyini nəzərə alaraq, “Qırğızıtasması” dövlət qurumu Donbasdakı hadisələrdən bəhs edən üç rus filminə verilmiş yayım sertifikatlarını ləğv edir və filmlərin Qırğızıstanın ərazisində nümayişinə qadağa qoyur”, - o bildirib. (Kult.az )