Qədirli mövsümü
28 Yanvar 2023
Deputat, tanınmış hüquqşünas Erkin Qədirli parlamentdəki həmkarları tərəfindən linc edilir. Onun “Azərbaycanda demokratik seçki yoxdur, özüm haqqında da demokratik yolla Milli Məclisə seçildiyimi deyə bilmərəm” məzmunlu açıqlaması həmkarlarını hiddətləndirib. Parlamentin vitse-spikerləri Fəzail İbrahimli, Adil Əliyev, İntizam komissiyasının üzvü Fəzail Ağamalı onun haqqında hüquqi ölçü götürülməsini tələb edirlər. Başqa deputatların da Erkin Qədirlini qınayan açıqlamalarının sayı-hesabı yoxdur.
Deputat bu açıqlamasına görə hüquqi məsuliyyət daşıyırmı? Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a deyib ki, yox:
“Əvvəla, Erkin Qədirli bir Azərbaycan vətəndaşı kimi öz fikrini ifadə edib. Ölkənin konstitusiyasında fikir azadlığı maddəsi var. Digər tərəfdən, o, deputat kimi öz fikirlərini ifadə edib. Qanuna görə, deputat fikirlərinə görə haradasa izahat verməyə borclu deyil. Erkin Qədirli haqlıdır, öz fikrini azad ifadə etməklə heç bir qanun pozuntusu törətməyib. Ona görə də həmkarlarının onun hüquqi məsuliyyətə cəlb edilməsi ilə bağlı çağırışları əsassızdır”.
Məsələnin siyasi tərəfinə gəldikdə, bir qədər dolaşıq mənzərə yaranır. Erkin Qədirli müxalif ReAl Partiyasının üzvüdür. Müxalifətçi kimi onun siyasi sistemi tənqid etməsi, seçkilərin qeyri-demokratik keçirilməsi barədə dedikləri tamamilə normaldır. Amma müxalif deputatın demokratik olmayan seçkilərlə mandat əldə etməsini dilinə gətirməsi partiyasını və özünü zərbə altında qoyub. Əlbəttə, Azərbaycan reallığında seçkilərin necə keçirildiyini, deputatların hansı meyarlarla Milli Məclis üzvü seçildiyini bilməyən yoxdur. Amma ondan faydalanıb, onu tənqid etmək cəmiyyətdə və hakimiyyətdə qıcıq doğurur. Necə ki, biz az qala bütün deputatların Erkin Qədirlini linc etdiyini görürük. Parlament üzvləri “biz saxta seçilməmişik” arqumenti ilə çıxış etməkdənsə, “o mandatı həm qəbul edib, həm də niyə belə deyir” qınağına üstünlük verirlər.
Qədirlini həm də müxalif düşərgənin “atəşi” altındadır. Əlbəttə, “Erkin həqiqəti deyir, onu dəstəkləmək lazımdır” mövqeyində olan tanınmış ictimai liderlər var. Amma “parlament saxta yolla seçilib, Erkin Qədirli də bunu qəbul edib orada əyləşib, onun nə deməyinin əhəmiyyəti yoxdur” yazanlar üstünlük təşkil edir.
ReAl-çı deputat çətin vəziyyətdədir, partiyası belə onu ciddi müdafiə edə bilmir. İqtisadçı, partiyanın funksioneri Natiq Cəfərli “Tramp da ABŞ-dakı seçkiləri saxta adlandırmışdı” arqumentini səsləndirib, partiyadaşını müdafiə etməyə çalışmışdı. Amma bu cümlənin onu ictimai qınaqdan daha çox hakimiyyətin qəzəbindən qorumağa xidmət etdiyini duymamaq mümkün deyil.
Bundan sonra Qədirli üçün, eləcə də ReAl Partiyası üçün çətin situasiya yarana bilər. Parlament rəhbərliyindən ünvanlanan sərt açıqlamalar göstərir ki, onun məsələsinə İntizam Komissiyasında baxılacaq, ən yaxşı halda, ona töhmət elan edəcəklər. O da mümkündür ki, E.Qədirli ya təzyiqlə, ya da könüllü deputat mandatından imtina edə bilər. Bu versiya da mümkündür ki, məsələ ictimai tənbehlə yekunlaşsın və ona toxunmasınlar.
ReAl üçün vəziyyət ona görə mürəkkəbləşir ki, partiya hakimiyyətin qurduğu yeni siyasi sistemdə təmsil olunmağa çalışır. Məlumdur ki, “Siyasi partiyalar haqqında” yeni qanunun kifayət qədər məhdudiyyətləri var, onları iqtidarın dəstəyi olmadan aşmaq mümkün deyil. E.Qədirlinin “siyasi səhvindən” sonra ReAl-a belə şans tanınacaqmı, bu, bir qədər müəmmalıdır.
Qədirli qalmaqalının fəsadlarından biri də cəmiyyətdə hakimiyyətin sərt idarəçilik qaydalarından “idarəolunan demokratiyaya” keçidi barədə gözləntiləri heçə endirə bilər. Çünki bir nəfərin sistemin oyun qaydalarından cəmi bir dəfə kənara çıxması iqtidarı xoşagəlməz duruma salır. Erkin Qədirlinin iki cümləsi Milli Məclisin rəhbərliyini, hakimiyyəti dəstəkləyən bütün ictimai-siyasi kəsimi hərəkətə gətirirsə, iqtidar rəhbərliyi daha sərt qaydalar haqqında düşünə bilər.
Müsbət məqamlara gəlincə, ReAl-çı deputat qısa bir açıqlama ilə Azərbaycanda siyasi azadlıqlar problemini gündəmə gətirdi. Ölkədə azad, şəffaf seçkilərin vacibliyi barədə ictimai debatların meydan qazanmasına şərait yaratdı. Bu, ölkənin ən fundamental problemidir. Ölkədə əksər çatışmazlıqlar bilavasitə və dolayısı ilə azad seçkilərin keçirilməməsində qaynaqlanır. İcra hakimiyyətinə parlament nəzarətinin olmaması, məhkəmə hakimiyyətinin bərbad durumu, vətəndaş cəmiyyətinin, medianın zəiflədilərək sıradan çıxarılması korrupsiyaya, məmur özbaşınalığına, ictimai sərvətlərin talanmasına yol açıb. Ölkədə faktiki heç bir seçkili qurum yoxdur, cəmiyyət-hakimiyyət müqaviləsi pozulub və qarşılıqlı razılaşma, harmoniyanı diktə və itaət əvəzləyib. Cəmiyyətin böyük kəsimi bu reallıqların ölkənin milli təhlükəsizlik probleminə çevrilməsinin fərqində deyil. Amma aktiv kəsim görür ki, Azərbaycanın demokratiyadan yoxsulluğu Qarabağ probleminin həllində belə dövlətin əl-ayağına dolaşır, ona ciddi mane olur. Bu gün Ermənistan rəhbərliyi, Qarabağdakı hərbi xuntanın başçıları, onların havadarları Azərbaycanda insan haqlarının pozulduğunu, demokratik idarəçiliyin olmadığını əldə bayraq ediblər. Onların bu barədə danışmağa mənəvi haqlarının olmadığı başqa mövzudur, amma biz həlli özümüzdən asılı olan bu problemləri həll etməməklə dövlətə, cəmiyyətin siyasi inkişafına, onun gələcəyinə böyük zərbə vururuq. Bu barədə düşünmək zamanıdır!...
Turqut