Qazilər aksiya keçirdi - Absurd qərarlar ləğv edilməlidir
04 Aprel 2022
Bu gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.
“Qafqazinfo” xəbər verir ki, onlar sığorta pulu ala bilmədiklərini iddia edirlər: “Cəmi bir neçə qaziyə köməklik olunur, digərləri qayğıdan kənarda qalır. Veteranlığa görə verilən 80 manat çox azdır, xərclərimizi ödəmir. Əlilliklə bağlı müraciət edib imtina alandan sonra 6 ay gözləmək lazımdır. Bu qərar absurddur və ləğv edilməlidir. Biz tələb edirik ki, nazir bizi qəbul etsin, şikayətlərimizi dinləsin”.
Məsələ ilə bağlı ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, bu gün bir neçə müharibə iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gələrək onları narahat edən məsələləri diqqətə çatdırıblar: “Vətən müharibəsi iştirakçılarının müraciətlərinə daim nazirlikdə diqqət və qayğı ilə yanaşılır. Bu dəfə də qazilərimizin hər biri nazirlik əməkdaşları tərəfindən diqqətlə dinlənildi. Müraciətləri əlillik, məşğulluq və s. məsələlərlə bağlı idi. Bununla bağlı onlara bildirilib ki, aidiyyəti qurumların təmsil olunduğu komissiya hərbi qulluqçuların əyani müayinə əsasında əlilliyini qiymətləndirir. Ötən dövrdə 2763 qaziyə əlillik və proaktiv qaydada sosial ödənişlər təyin edilib. Müvafiq qanunvericilikdəki meyarlara uyğun olduğu, orqanizmin funksional pozuntuları yarandığı halda əlillik təyinatı aparıldığı qazilərimizin diqqətinə çatdırılıb”.
Agentlikdən həmçinin e-sistemə barəsində göndəriş və şəhadətnamə daxil edilmiş hər bir qazinin əyani müayinəyə çağırıldığı və bu sahədə heç bir şəxsin diqqətdən kənarda qalmadığı vurğulanıb. Qəbul zamanı müharibə iştirakçılarının məşğulluq, sığorta ödənişi ilə bağlı müraciətləri ilə bağlı da onlara izahatlar verilib. (Qafqazinfo)