Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qazaxlar yenə ayağa qalxıblar - VİDEO

Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Janaozen şəhərinin iki minə yaxın sakini Astanada saxlanılan neftçilərin azad edilməsi tələbi ilə mərkəzi meydana toplaşıb.

Bu barədə “Orda” portalı məlumat yayıb.

“Videolara görə, yerli sakinlər dağılışmağı ağlına belə gətirmir. Əksinə, mərkəzi meydana daha çox insan cəlb olunur. Yerli fəallar təxminən 1000-2000 nəfərin olduğunu bildirirlər, hələlik polis məlumatı yoxdur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, aprelin 11-də Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz aksiya təşkil etdiyi üçün Janaozendən olan neft-mədən şirkətinin əməkdaşlarını saxlayıb.