Qarabağdan daha 30 erməni Laçın Sərhəd-keçid məntəqəsi vasitəsilə Ermənistana gedib
12 Avqust 2023
Bu gün, avqustun 12-də erməni əsilli Qarabağ sakinlərinin Laçın sərhəd-keçid məntəqəsindən Xankəndi-Göris istiqamətində növbəti keçidi baş verib.
Azərbaycan teleqram kanallarının məlumatına görə, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsinin 9 avtomobilinin Laçın sərhəd-keçid məntəqəsindən keçidi təmin edilib ki, həmin avtomobillərlə 3 BQXK əməkdaşı, 9 sürücü, 10 xəstə, 7 müşayiətçi və 1 tibb işçisi daxil 30 nəfər Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana gedib.