Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağda anti-terror əməliyyatı olarsa Moskva nə edəcək? - Zaxarova şərh edir

Moskva Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması hallarının artmasından olduqca narahatdır və Azərbaycan tərəfini "Laçın dəhlizinin açılmasına", vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin mülki məqsədlər üçün maneəsiz hərəkətinin təmin edilməsinə çağırır. Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Azərbaycanın Qarabağda əks-terror əməliyyatı keçirəcəyi təqdirdə Moskvanın mümkün davranışını şərh edən Zaxarova qeyd edib ki, Rusiyanın hərəkətləri "vəziyyətin inkişafına uyğun olacaq" və "üç tərəfin əldə etdiyi razılaşmalar məcrasında  gedəcək".

Rusiyanın təklifilə Laçının və rayonun iki kəndinin Azərbaycana "vaxtından əvvəl" qaytarılması ilə bağlı Qarabağ separatçılarının lideri Araik Arutyunyanın bəyanatı barədə erməni jurnalistin sualının cavabında Zaxarova deyib ki, "bu bəyanatlarla, eləcə də qeyd olunan vəzifələrlə tanış deyil", marşrutun dəyişdirilməsi isə üçtərəfli formatda razılaşdırılma nəticəsində baş verib.