Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağ qazisi özünü ağacdan asdı - 23 yaşlı qazinin intihar səbəbi açıqlandı

Qusarda Qarabağ qazisi özünü asıb.

Hadisə aprelin 21-i gecə saatlarında rayonun Əniq kəndində baş verib.

Belə ki, kənd sakini Qəhrəmanov Feyruz Qəhrəman oğlu özünü ağacdan asaraq, həyatına son qoyub.

Əniq kəndinin icra nümayəndəsi Baba Məcidov bildirib ki, psixoloji problemlər yaşayan müharibə iştirakçısı, məhz bu səbəbdən canına qəsd edib.

“YAŞAT Fondu tərəfindən onun müalicəsi üçün 7300 manat pul köçürülmüşdü. Davamlı olaraq müalicə edilsə də, nəticəsi olmadı. Biz icra nümayəndəliyi olaraq onunla daim görüşürdük, psixoloji söhbətlər aparırdıq", - icra nümayəndəsi deyib.

Baba Məcidovun sözlərinə görə, 1999-cu il təvəllüdlü Feyruz subay olub: "Çox mehriban, yaxşı ailəsi var. Müalicə aldığı müddətdə kənd təsərrüfatı işləri ilə məşğul idi, həmişə at belində olardı. Allah rəhmət eləsin. Heyf, onun kimi gözəl bir insan həyatını itirdi”.

Qeyd edək ki. F. Qəhrəmanov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Yaxınlarının sözlərinə görə, o, müharibədə xəsarət alıb və buna görə müalicə olunurdu.