Qarabağ "parlamenti"nin yeni "sədri": “Ordu buraxılmayacaq, müstəqilliyimizdən imtina etməyəcəyik”
09 Avqust 2023
Daşnaksütyun Partiyasının üzvü, bu həftə Qarabağ "parlamentinin rəhbəri" David İşxanyan ötən gün proqram nitqilə çıxış edib.
O, işarə edib ki, Qarabağ ermənilərinin müstəqillik hüququnun reallaşması uğrunda mübarizə aparacaq.
1988-ci il Qarabağ hərəkatının fəal iştirakçısı olan İşxanyan Yerevanı Qarabağ məsələsində "kənara çəkilməkdə" ittiham edib və deyib ki, "yeni yollar və tərəfdaşlar axtarmaq" lazımdır.
« Ancaq bizim bütün səylərimiz 1988-ci ildə formalaşmış mühüm strateji hədəfin reallaşmasına yönəldiləcək", - deyib.
Daha sonra o, Qarabağ və onun xalqının təhlükəsizlik sisteminin əsas qarantı olan Qarabağ ordusunun saxlanmasının və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
İşxanyan Ermənistan və Qarabağ arasında münasibətlərin pisləşdiyini etiraf edərək parlamentlərarası əlaqələri möhkəmləndirməyə çağırıb.
Qeyd edək ki, İşxanyanın "parlament rəhbəri" seçilməsi Qarabağda birmənalı qarşılanmayıb. İşxanyanın sözlərinə görə, hazırkı "prezident" Araik Arutyunyan, eləcə də separatçıların əvvəlki iki lideri – Bako Saakyan və Arkadi Qukasyan onun namizədliyilə bağlı təşviqat aparıblar.
İşxanyanın bəyanatından belə nəticəyə gəlmək olar ki, separatçıların liderləri əhalini yeni müharibəyə hazırlayırlar və rəsmi Yerevanın etdiyi kimi, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq niyyətində deyillər.