Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağ "parlamentinin" sədri istefa verib

Qarabağ "parlamentinin" sədri Artur Tovmasyan iyulun 29-da istefa verib, xəbəri Ermənistan KİV-ləri yayıb.

İstefanın səbəbləri açıqlanmır. Lakin bir müddət əvvəl "parlament" üzvlərinin separatçıların lideri Araik Arutyunyana Qarabağ "prezidenti" vəzifəsindən istefa vermək çağırışı ilə müraciət qəbul etdikləri məlumdur.

Bu müraciəti Artur Tovmasyan da dəstəkləyib, lakin Arutyunyan bu çağırışa məhəl qoymayıb.

Tovmasyanın bu addımı Qarabağ separatçılarının liderləri arasında davam edən fikir ayrılıqlarına və kəskinləşən hakimiyyət böhranına dəlalət edir.