Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qarabağ erməniləri Azərbaycanla dialoqdan imtina etdilər

Bu yaxınlarda Qarabağın "dövlət naziri" təyin edilmiş separatçı Qurgen Nersisyan yaxın vaxtlarda Azərbaycan nümayəndələri ilə heç bir görüş və müzakirə olmayacağını bildirib.

“Biz görüş xatirinə görüş keçirə bilmərik. Onlar konkret məsələləri müzakirə etmək üçün keçirilməlidir. İndi top Azərbaycanın tərəfindədir”, - Nersisyan erməni mətbuatına bildirib.

Xatırladaq ki, martın 1-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə təmaslara məsul şəxs təyin edilmiş Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Rusiya sülhməramlılarının vasitəşiliyi ilə Xocalı şəhərindəki qərargahda ermənilərin nümayəndələri ilə görüşüb. Görüş zamanı Qarabağ bölgəsinin erməni sakinlərinin Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Azərbaycan Respublikasına reinteqrasiyası ilə bağlı ilkin müzakirələr aparılıb.