Qara dənizdə mina təhlükəsi
28 Yanvar 2023
Qara dənizdə hava şəraiti pisləşib və fırtına səbəbindən mina təhlükəsi artıb.
Bu barədə Ukraynanın Odessa vilayət hərbi administrasiyasının spikeri Sergey Bratçuk “Telegram”da bildirib.
Onun sözlərinə görə, minaların üzə çıxaraq sahil boyu üzməsi ehtimalı yüksəkdir.
Bratçuk vətəndaşları özlərinin və ailələrinin qayğısına qalmağa, həmçinin vilayət hərbi idarəsinin və Ukrayna Silahlı Qüvvələrinin komandanlığının müvafiq əmrlərini pozmamağa çağırıb.
Ümumilikdə, müharibə başlayandan Qara dənizin qərb suları boyunca Türkiyə, Bolqarıstan, Rumıniya və Ukraynada 40-a yaxın mina məhv edilib.