Qanlı qala: Baxmut niyə bu qədər vacibdir?
10 Mart 2023
Ukraynanın şərqində kiçik yaşayış məntəqəsi olan Baxmutda Ukrayna ordusu ilə rus qoşunları arasında toqquşmalar davam edir. Bəs strateji əhəmiyyəti az olduğu deyilən bu şəhər niyə hər iki tərəf üçün mühümdür?
Baxmut artıq xarabalığa çevrilmiş yerdir. Ukraynanın şərqindəki bu kiçik sənaye şəhəri yeddi aydan çoxdur ki, rus qoşunlarının hədəfindədir. Şəhər merinin müavini Oleksandr Marçenkonun sözlərinə görə, Baxmutda cəmi bir neçə min adam qalıb. Onlar da işığı, qazı və suyu olmayan yeraltı bunkerlərdə yaşayırlar.
Pressklub.az-ın BBC-yə istinadən məlumatına görə, Marçenko deyib: “Şəhər, demək olar ki, yerlə yeksan olub. “Müharibənin təsirinə məruz qalmayan bir bina belə yoxdur”.
Bəs niyə Rusiya və Ukrayna bu xarabalıq uğrunda şiddətli müharibə aparmaqda israrlıdır? Nə üçün hər iki tərəf şəhərə hücum etmək və ya qorumaq üçün bu qədər çox əsgər çıxarır?
Hərbi analitiklər deyirlər ki, Baxmutun strateji əhəmiyyəti azdır.
Baxmut qarnizon şəhəri deyil, nəqliyyat qovşağı və ya çoxlu əhalisi olması ilə də seçilmir.
İşğaldan əvvəl bura 70 minə yaxın insanın yaşadığı yer olub. Ən çox duz və gips mədənləri, həmçinin böyük şərab fabriki ilə tanınırdı. Bunun xüsusi coğrafi əhəmiyyəti yoxdur. Amma Qərb rəsmilərindən birinin dediyi kimi, Baxmut “1200 kilometrlik xətdə kiçik bir taktiki hadisədir”.
Hərbi yoxsa siyasi?
Rusiya şəhəri ələ keçirmək üçün hərbi resurslarından kütləvi şəkildə istifadə edir. Qərb rəsmiləri indiyədək Baxmutda 20-30 min rus əsgərinin öldüyünü və ya yaralandığını təxmin edir.
Kremlə, simvolik də olsa, qələbə lazımdır. Rus qüvvələrinin Severodonetsk və Lisiçansk kimi şəhərləri işğal etməsindən xeyli vaxt keçir. O vaxtdan yeni ərazi əldə etmək cəhdləri nəticəsiz qalır.
Ona görə də Kremlə ölkədə təbliğatını davam etdirmək üçün uğur lazımdır.
Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Serhii Kuzan BBC-yə deyib: “Onlar tamamilə qeyri-hərbi, daha dəqiqi, siyasi missiya ilə savaşırlar. Ruslar siyasi məqsədlərinə çatmaq üçün minlərlə insanın həyatını qurban verməyə davam edəcək”.
Buranın ruslar üçün hansı hərbi əhəmiyyəti var?
Rus komandirlərinin də Baxmutu ələ keçirmək üçün hərbi səbəbləri var. Ümid edilir ki, şəhərə sahib olmaq gələcəkdə yeni əraziləri ələ keçirmək üçün mühüm rol oynaya bilər.
Britaniya Müdafiə Nazirliyinin dekabrda qeyd etdiyi kimi, şəhərin ələ keçirilməsi “Rusiyaya Kramatorsk və Sloviansk kimi daha böyük və daha geniş şəhər ərazilərini təhdid etməyə imkan verəcək”.
Və təbii ki, hücumların mərkəzində duran Rusiyanın muzdlu qruplaşması olan Vaqner məsələsi də var.
Vaqnerin lideri Yevgeni Priqojin Baxmutun tutulmasında həm öz reputasiyasını, həm də şəxsi ordusunu riskə atıb. O, muzdlularının rus ordusundan daha yaxşı döyüşdüklərini göstərməyə ümid edirdi. O, minlərlə məhbusu ordusuna daxil etmişdi. Ukrayna müdafiə bölmələri ilə döyüşən bu insanların çoxu həlak olub.
Əgər burada uğur qazanmasa, Priqojinin Moskvadakı siyasi təsiri də zəifləyəcək.
Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə də fikir ayrılığına düşüb.
Şoyqunun taktikasını tənqid edən Vaqnerin rəhbəri indi kifayət qədər sursat almadığından şikayətlənir. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Kuzan, Kremldə nüfuz qazanmaq üçün ikisi arasında siyasi mübarizənin getdiyinə işarə edərək, “Bu mübarizənin yeri Baxmut və ətrafıdır” deyir.
Niyə ukraynalılar üçün vacibdir?
Bəs Ukrayna niyə Baxmutu bu qədər inadla müdafiə edir və bu prosesdə minlərlə əsgərini itirir?
Əsas strateji məqsəd bu döyüşdən Rusiya ordusunu zəiflətmək üçün istifadə etməkdir. Qərb rəsmisi bunu açıq şəkildə belə izah edir:
“Rusiyanın taktikası sayəsində Baxmut Ukraynaya çoxlu sayda rus əsgərini öldürmək üçün unikal imkan verir”.
NATO mənbələrinin hesablamalarına görə, Baxmutda hər ukraynalı əsgərin qarşılığında beş rus ölür. Ukraynanın Milli Təhlükəsizlik katibi Oleksiy Danilovun sözlərinə görə, bu nisbət yeddiyə birdən çoxdur.
Bu rəqəmlərin nə qədər dəqiq olduğunu yoxlamaq imkanı yoxdur. Kuzan, Baxmut ruslara onlardan daha çox itki verdiyi müddətcə şəhəri saxlamağa davam edəcəklərini bildirir. Əslində Ukrayna şəhəri müdafiə etməklə, başqa cəbhələrə yerləşdirilə biləcək rus əsgərlərini bölgədə saxlayır.
Rusiya kimi Ukrayna da Baxmuta siyasi əhəmiyyət verir.
Ukrayna prezidenti Vladimir Zelenski şəhəri müqavimət simvoluna çevirib. Dekabrda Vaşinqtona səfəri zamanı o, bu şəhəri "onların mənəviyyatının qalası" kimi təsvir edib. O, Baxmutdan gətirdiyi bayrağı ABŞ Konqresinə verib, “Baxmut uğrunda mübarizə müstəqillik və azadlıq savaşımızın trayektoriyasını dəyişəcək” dedi.
Şəhər təslim olsa, nə olar?
Baxmut işğal olunsa? Ruslar əhval-ruhiyyəni yüksəltmək üçün çoxdan arzuladıqları qələbəyə nail olacaqlar. Ukrayna siyasi və simvolik itkiyə məruz qalacaq. Ukraynalılar artıq sosial şəbəkələrdə “Baxmut müqavimət göstərir” deyə bilməyəcək.
Çox az adam bunun böyük hərbi təsirlərinin olacağını düşünür. ABŞ-ın müdafiə naziri Lloyd Ostin “Baxmutun süqutu Rusiyanın müharibənin gedişatını dəyişdiyi anlamına gəlmir” deyib.
Keçmiş avstraliyalı general, strateq Mik Rayan hesab edir ki, Rusiya sürətlə irəliləyə bilməz:
“Ukraynalılar səkkiz ildir hazırladıqları Kramatorskdakı müdafiə zonalarına doğru çəkiləcəklər. Bu yer Baxmutla müqayisədə daha hündür və daha qorunan yerdə dayanır. Rusiyanın Kramatorskdakı istənilən irəliləyişi Baxmutdakı kimi qanlı olacaq”.
Beləliklə, bəlkə də Baxmutdakı döyüşdə ən vacib şey hər iki tərəfin nə qədər itki verdiyi və bunun müharibənin növbəti mərhələsi üçün əhəmiyyətidir. Rusiya növbəti hücum üçün hazırkı imkanlarını zəiflətmək üçün kifayət qədər itki verəcəkmi? Yoxsa Ukrayna yaza planlaşdırdığı əks-hücuma mane olacaq qədər əsgər itirəcək?