Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pxenyan rəsmi xəbərdarlıq etdi - nüvə silahı tətbiq edəcək

Pxenyan, hərbi qarşıdurma halında Cənubi Koreyaya qarşı nüvə silahı tətbiq edəcək.

Bu barədə aprelin 14-də Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yö Çjon (Kim Çen Inın bacısı) bəyan edib. Xəbəri Şimali Koreyanın STAK agentliyi yayıb.

«Biz, müharibənin əleyhinəyik - Kim Yö Çjon bəyan edib - Əgər iki Koreyanın orduları bir-biri ilə döyüşərsə, kimin qalib gələcəyindən və ya məğlub olacağından asılı olmayaraq, bizim bütün Koreya milləti itki verəcək, necə ki, yarım əsr əvvəlki kimi və ya hətta artıq… Əgər heç kim bizə ziyan vurmayacaqsa, biz, heç vaxt ilk olaraq zərbə endirməyəcəyik. Ancaq situasiya başqa cür olacaq, əgər Cənubi Koreya hərbi aksiya tətbiq edərsə - preventiv zərbə kimi, ya qorxudan və ya səhv üzündən. Cənubi Koreyanın özü hədəf olacaq. İki gün əvvəl biz, ciddi xəbərdarlıq etdik ki, əgər Cənubi Koreya ordusu heç olmasa bizim bir düymə torpağımıza zərər vursa, o, əvvəllər təsəvür edə bilmədiyimiz fəlakətlə qarşılaşacaq. Əgər Cənubi Koreya bizimlə hərbi qarşıdurmaya gedərsə, bununla da bizim nüvə döyüş güclərimizi qaçılmaz olaraq özünün missiyasını yerinə yetirməyə məcbur edəcək… Əgər işlər bu situasiyaya çatarsa, qorxunc hücum həyata keçiriləcək və Cənubi Koreya ordusunu ağır tale gözləyir - yer üzündən silinmək kimi».

Bu zaman Kim Yö Çjon izah edib ki, bu bəyanat təhdid yox, «bizim cavabımızın izahıdır».