Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Ukraynadakı əməliyyatlar haqda: “Son vaxtlar gec yatıram”

“Xüsusilə son vaxtlar gec yatıram”.

Pressklub.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu, Ukraynadakı əməliyyatlarla bağlıdır: “Tez-tez əlaqə yaratmalı, vəziyyətlə tanış olmalı oluram”.

V.Putin Ukraynada xüsusi əməliyyat zamanı vəziyyətə gecə-gündüz şəxsən nəzarət etdiyini bildirib. O söyləyib ki, günü xüsusi əməliyyata nəzarət etməklə başlayır və belə bitir.

“Mənim prioritetim Ukraynadakı vəziyyətdir”, - Rusiya lideri vurğulayıb.