“Putin özünü I Pyotr sayır, ətrafı isə ona gerçəyi deməkdən qorxur”
24 Fevral 2023
Britaniyanın “Financial Times” (FT) nəşri Kremlin Ukraynaya qarşı müharibəni başlaması ilə bağlı araşdırma dərc edib.
Pressklub.az-ın mılumatına görə, Prezident Vladimir Putinin yaxın çevrəsinin altı üzvündən (onların hər biri FT-dən anonim qalmağı xahiş edib) müsahibə alaraq, nəşr Krımın ilhaqı və Ukraynanın işğalı kimi məsələlərlə bağlı qərarların necə qəbul edildiyini təsvir edir.
Nəşrin yazdığına görə, “xüsusi hərbi əməliyyat”a başlamaq qərarı o qədər dar dairə tərəfindən qəbul edilib ki, fakt qarşısında qalan Kremlin yüksək rütbəli məmurları, kabinet üzvləri və biznes elitaları baş verənlərə inana bilməyiblər.
FT-nin həmsöhbətlərindən biri nəşrə bildirib ki, çaşmış oliqarxlar aydınlıq gətirmək üçün xarici işlər naziri Sergey Lavrova (müharibə başlamazdan bir neçə saat əvvəl özü xəbər tutub) müraciət edəndə o, belə cavab verib: “Onun üç məsləhətçisi var:. İvan Qroznı, I Pyotr və Böyük Yekaterina”.
"O sakrallıq və I Pyotr haqqında deyilən hər şeyə həqiqətən inanır. O, tarixə Pyotr kimi düşəcəyini düşünür", - Kremlin keçmiş yüksək vəzifəli məmuru FT-yə deyib.
Mənbələr deyirlər ki, Putin mütəmadi olaraq işğal qərarını əsaslandırmağa çalışır, özünü və ətrafındakıları başqa seçimi olmadığına inandırır.
"O, ətrafına deyir ki, bəli, biz tamamilə hazır deyildik, orduda xaos var, sənaye tənəzzüldədir, amma bunu NATO bizi fəth edəndə deyil, indi anlamaq daha yaxşıdır" - qəzetin həmsöhbəti deyir.
FT mənbələri razılaşır ki, müharibə başlayandan sonra Rusiya prezidenti əvvəlki ilə müqayisədə yaxın çevrəsindən daha çox təcrid olunub.
“Stalin bədxah idi, amma yaxşı idarəçi idi, çünki onun yalan danışmaq imkanı qətiyyən yox idi. Putinə isə heç kim həqiqəti söyləyə bilməz – başqa bir mənbə deyir - . Heç kimə etibar etməyən insan, nəticədə ona yalan danışan kiçik bir qrupun söylədiklərinə inanmağa başlayır”.
Kremlin keçmiş yüksək vəzifəli məmuru danışır ki, Putin, Ukraynanın guya Rusiyanın qucağına düşməyə hazır olduğu barədə Medvedçukun danışdığı yalana necə inanıb.
"Medvedçuk deyirsə ki, yağış yağır, yaxşı olar ki, bunu özünüz şəxsən yoxlayasınız - pəncərənin çölündə günəş olacaq. Sorğular keçirilir, xüsusi xidmət orqanları var, Medvedçukun dedikləri əsasında necə ciddi qərar qəbul etmək olar", - FT həmsöhbəti təəccübünü gizlətmir.
Lakin Medvedçukun proqnozlarını FSB də təsdiqlədi və bu, Putini zəmanətli qələbəyə inandırdı. Bundan başqa, mənbələr xatırladır ki, hakimiyyətdə olan bəzi Ukrayna siyasətçilərinə verilən külli miqdarda pullar uğuru təmin etməli idi.
Mənbələr bildirir ki, Putinin ətrafı onu fikrindən daşındırmağa cəhd edib. Məsələn, işğaldan üç gün əvvəl Təhlükəsizlik Şurasının iclasında Nikolay Patruşev prezidentdən tələsməməyi xahiş edib.
"O, ordunun necə acınacaqlı vəziyyətdə olduğunu bilirdi və bunu Putinə çatdırmağa çalışırdı. Lakin Putin özünə həddən artıq arxayın idi. Hitler hər şeyi generallarından yaxşı bildiyi kimi, o da hər şeyi öz müşavirlərindən yaxşı bilir".
Ukrayna ilə müharibədə nüvə silahının mümkün istifadəsinə gəlincə, Putin artıq bu variantı rədd edib, prezidentə yaxın iki şəxs deyir. Onların fikrincə, o, başa düşür ki, hətta məhdud taktiki istifadə belə Rusiyaya fayda verməyəcək, radioaktiv buludlar isə Rusiya ərazisinə gələcək.
Eyni zamanda, o, uzun sürən müharibəyə tamamilə hazırdır, düşünür ki, ölkə iqtisadi təzyiqlərə tab gətirməyin yollarını tapacaq.
O, artıq anlayır ki, müharibənin Rusiya əhalisinin əksəriyyətinə təsir etməyəcəyi barədə danışmaq daha mümkün deyil. Bu, işğaldan sonrakı ilk aylarda, çoxluğun həyatı həqiqətən adi axarda davam etdiyi zaman məqbul idi. İndi o, başqa ritorika seçib - təhlükə qarşısında qüvvələrin səfərbər edilməsi və ümumi birliyin vacibliyi haqqında təntənəli sözlər. Ancaq “Lujniki”dəki son təbliğat konserti üçün stadionu tam doldura bilməməkləri və on minlərlə insanı nağd pul və ya hədə-qorxu ilə toplamaları yeni ritorikanın da işləmədiyini göstərir, - Financial Times yazır. .
2014-cü ildə Krımı ilhaq etmək qərarına gəldikdə, Putin hətta öz Təhlükəsizlik Şurasına da məlumat verməyibmiş, o zaman prezidentə yaxın olan məmurlardan biri xatırlayır. Müşavirlər onu Krıma qoşun göndərməkdən çəkindirməyə çalışıblar, - mənbə deyir, - lakin Putin onlara açıqca deyib: "Bu, tarixi məqamdır. Əgər bununla razı deyilsinizsə, gedə bilərsiniz". Ətrafındakılar xatırlayır ki, o vaxt ən çox da Qrəbin iqtisadi münasibətlərin pozulması qorxusundan yumşaq yanaşması Putini öz qərarının doğruluğa ən çox inandıran amil oldu...