Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Lavrovun sözlərinə görə İsraildən üzr istədi

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

TASS xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Telefon söhbəti zamanı tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın "Rete-4" telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.

“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və onun yəhudi xalqına, eləcə də Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - məlumatda deyilir.

Xatırladaq ki,  Lavrov İtaliya mətbuatına müsahibəsində Zelenskini Adolf Hitlerlə müqayisə edib. "Zelenskinin yəhudi olması ölkəsindəki nasist ünsürləri inkar etmir. İnanıram ki, Adolf Hitlerdə də yəhudi qanı olub. Zelenski cinayət törədən nasist qüvvələrinə əmr verməyi dayandırarsa, dövlətlər arasında sülh təşviq oluna bilər”.