Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Ermənistana: Mülayim, ağıllı və qarşılıqlı faydalı formada "boşanaq"

"Rusiya Ermənistan xalqına fayda verən hər şeyi dəstəkləyəcək, amma Ermənistanın Avropa Birliyinə və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq məsələsi ilə bağlı referendum keçirməsi məntiqli olardı".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

"Bu, bizim işimiz deyil, amma prinsipcə, referendum keçirmək və Ermənistan vətəndaşlarından seçimlərinin nə olacağını soruşmaq tamamilə məntiqli olardı. Buna görə də, biz müvafiq nəticələr çıxaracaq və mülayim, ağıllı və qarşılıqlı faydalı "boşanma" yolu ilə gedəcəyik", - deyə o əlavə edib.

Putin həmçinin Ermənistanın Avropaya inteqrasiya planları məsələsinin növbəti Aİİ sammitində müzakirəyə çıxarılacağını da istisna etməyib:

"Ermənistanın Avropa Birliyinə qoşulmaq planlarına gəldikdə isə, bu, xüsusi diqqət tələb edir. Biz bunu bir neçə dəfə Ermənistanın Baş naziri Nikol Paşinyanla müzakirə etmişik. Burada xüsusi bir şey görmürük".

Rusiya prezidenti xatırladıb ki, Ukrayna məsələsində də hər şey Avropaya inteqrasiya məsələsindən başlayıb.