Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüş olub
26 May 2023
Mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü olub.
AZƏRTAC-ın xəbərinə görə, Rusiya Prezidenti Vladimir Putin deyib ki, ikitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir.
Prezident İlham Əliyev isə öz növbəsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində səylərinə görə Rusiya tərəfinə minnətdarlığını bildirib:
"Fikrimcə, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi ki, biz razılığa gələ bilmirdik."
Vladimir Putin İlham Əliyevlə danışıqlardan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla görüş keçirib.
Paşinyan bu görüş zamanı deyib ki, Ermənistanın sərhədçiləri və gömrükçüləri Azərbaycandan bütün nəqliyyat vasitələrinin Ermənistan ərazisi ilə normal keçidini təmin etməyə hazırdırlar:
“Biz hazırıq ki, həm sərhəd, həm də gömrük xidmətləri Ermənistan ərazisi ilə bütün nəqliyyat vasitələrinin – dəmir yolu qatarlarının keçidini təmin etsinlər. Biz gözləyirik ki, Azərbaycanın dəmir yolları da Ermənistan qatarlarının Naxçıvan və Azərbaycan ərazisi ilə Rusiyaya və İrana keçidinə açıq olacaq. Bu məsələnin paritet əsasda, ölkələrin suverenliyinə riayət edilməklə həllini gözləyirik”.
RIA Novosti agentliyinin məlumatına görə Vladimir Putin Nikol Paşinyanla söhbəti zamanı deyib ki, Rusiya Dağlıq Qarabağdakı vəziyyətin Moskva, Yerevan və Bakı arasında üçtərəfli razılaşmalar çərçivəsində həllinə sadiq qalır:
“Siz üçtərəfli bəyanatda bizim Laçın dəhlizinə dair münasibətimizi bilirsiniz. Biz bu məsələdə mövqeyimizi heç vaxt dəyişməmişik, heç vaxt. Və bilirsiniz ki, biz erməni dostlarımızla, həm də Azərbayvcanla müzakirələrimizdə və elə indi də məhz bu mövqedə qalırıq – hər şey hərfən və ruhən bizim həmin o üçtərəfli bəyanatımza uyğun olmalıdır və bizim mövqeyimiz dəyişməyib”.
Rusiya prezidenti Əliyev və Paşinyanla üçtərəfli görüşdə Dağlıq Qarabağ üzrə həll olunmamış məsələlərin sırf texniki məsələlər olduğunu deyib:
"İndiyədək tənzimlənməmiş məsələlər var. Amma mənim nəzərimcə, - biz bu məsələlərlə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfindən həmkarlarımızla danışmışıq – bunlar sırf texniki xarakter daşıyır”.
Putin vurğulayıb ki, Qarabağdakı vəziyyətin tənzimlənməsində bir çox ölkələr maraqlıdırlar və bu, bütün vektorlar üzrə normallaşmaya kömək edəcək.
Bu görüşdən əvvəl Azərbaycan prezidenti Avrasiya İqtisadi İttifaqının sammitinə dəvətli idi.
Aİİ-nin Ali İqtisadi Şurasının iclasında İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mübahisə düşüb.
Əliyev bu iclasda etdiyi çıxışında “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etmişdi.
Buna reaksiya olaraq Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin sözünü kəsərək deyib:
“Öz çıxışında Azərbaycan prezidenti son illərdə Ermənistana qarşı ərazi iddialarına şüara çevrilmiş ifadə işlətdi. Qeyd etmək istərdim ki, həm də bu 9 noyabr bəyanatının 9-cu bəndi çərçivəsində edilir. Vurğulayıram ki, bu bəyanatda yalnız bir dəhlizdən, Rusiya sülhməramlılarının nəzarətində olmalı olan və təəssüf ki, Azərbaycanın qanunsuz blokadası altında olan Laçın dəhlizindən söhbət gedir”.
Paşinyan dərhal vurğulayıb ki, Ermənistan regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına hazırdır:
“Biz bunu erməni yol kəsişməsi adlandırırıq və biz regional kommunikasiyaların ölkələrin suverenliyi və qanunları çərçivəsində açılmasına hazırıq”.
Azərbaycan prezidenti isə Paşinyana cavab olaraq bildirib:
“Mən əlbəttə polemika açmaq istəmirəm, amma bizi Ermənistana qarşı ərazi iddialarında ittiham ediblər. Demək istərdim ki, bizim belə iddialarımız yoxdur. Mənim sözlərimdə belə bir məqam görmək üçün çox parlaq təxəyyülə malik olmaq lazımdır. Mənim işlətdiyim “dəhliz” sözünə gəlincə isə, mən bu sözü Şimal-Cənub , Şərq-Qərb dəhlizlərinə də şamil etmişəm. Düşünürəm ki, beynəlxalq terminologiya ilə tanış adamlar mənim sözümə Ermənistan baş nazirinin verdiyi mənanı verməzdilər”.
Bu mübahisəni yekunlaşdırmaq üçün Putin deyib ki, “yol”, “dəhliz” – bunların hamısı terminologiyadır:
“Mühüm olan odur ki, siz bir-birinizin ərazi bütövlüyünü tanımağa hazırsınız və bu məsələdə razılaşma var”.

Putin Qarabağ barədə

Əliyevlə Paşinyan arasında mübahisə