Putin ağır xəstədir? - Görüntülər gündəm oldu - VİDEO/FOTO
26 Aprel 2022
Rusiya Prezidenti Vladimir Putinin Pasxa bayramı zamanı çəkilmiş görüntüləri gündəmə gəlib.
Görüntülər Putinin səhhəti ilə bağlı xəstəlik iddialarını yenidən aktuallaşdırıb.
Belə ki, görüntülərdə 69 yaşlı Putinin Moskvadakı kilsədə şəhər meri Sergey Sobyaninin yanında dayanmaqda çətinlik çəkdiyi, eyni zamanda, tez-tez dodaqlarını dişləməsi və yalaması əks olunub.
Mərasim zamanı çəkilən görüntülərdə Putinin əyildiyi və narahat davrandığı görünür. Britaniya mediası Putinin gərginliyinin arxasında onun Ukraynadakı uğursuzluğunun olduğunu iddia edib. Həmçinin, onun əsəbi göründüyünü və diqqətini yayındırdığını yazıb.
“Daily Mail” nəşri Putinin dodaqlarını yalamasına diqqət çəkərək, onun haqqında parkinson xəstəliyi iddiasını yenidən gündəmə gətirib.
Qeyd edək ki, Kremlin həftəsonu paylaşdığı kadrlarda Putinin Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşündə davamlı olaraq masanı sağ əli ilə tutduğu görünür. Bu görüntülər yenidən xəstəlik iddialarını gündəmə gətirib. (Qafqazinfo)