Prezident: İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır
05 May 2026
Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır.