Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident Administrasiyası Qarabağ ermənilərini Bakıda görüşə çağırır

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

Pressklub.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.

Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Xatırladaq ki, Qarabağ ermənilərinin Bakı nümayəndələri ilə ilk rəsmi görüşü martın 1-də Qarabağda, Xocalıda, Rusiya sülhməramlılarının komandanının iştirakı ilə keçirilib. Tərəflərin qiymətləndirmələrinə görə, görüş nəticəsiz olub.