Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa Ukrayna üçün "kiçik koalisiya" yarada bilər

Polşanın baş naziri Mateuş Moravetski yanvarın 22-də bəyan edib ki, əgər Almaniya hökuməti “Leopard-2” tanklarının Ukraynaya göndərilməsinə qərar verməsə, Varşava öz arsenallarından Kiyevi “müasir texnika” və “müasir tanklar”la təmin edəcək ölkələrdən “kiçik koalisiya” yaradacaq.

Polşanın PAP xəbər agentliyinə müsahibəsində baş nazir Almaniyanın tank tədarükü məsələsində mövqeyini tənqid edib.

"Almaniyanın mövqeyi qəbuledilməzdir. Müharibənin başlanmasından demək olar ki, bir il keçir. Günahsız insanlar hər gün ölür", - Morawiecki deyib.

Berlin hələ ki, özündə və digər ölkələrdə olan "Leopard" tanklarının Ukraynaya verilməsi ilə bağlı qərar qəbul etməyib.

Bir gün əvvəl Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri Almaniya hakimiyyətini Ukraynanı dərhal “Leopard” tankları ilə təmin etməyə çağırıblar.

“Bu, Rusiyanın təcavüzünü dayandırmaq, Ukraynaya kömək etmək və Avropada sülhü tez bir zamanda bərpa etmək üçün lazımdır”, - onlar tvitter hesabında yazıblar.

Bu günlərdə Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Qərb tanklarının tədarükü ilə bağlı Almaniyanın Ramşteyn aviabazasında görüşüb müzakirə aparsalar da razılıq əldə olunmayıb.

Almaniyanın müdafiə naziri Boris Pistorius cümə günü bildirib ki, Berlin "Leopard"larla bağlı hələ qərar qəbul etməyib.

Bazar günü Avropa İttifaqının xarici işlər naziri Josep Borrell, əsasən Almaniyanın mövqeyinə görə Ukraynaya tankların tədarükü ilə bağlı siyasi qərarın hələ verilmədiyini təsdiqləyib.

"El Diario"-ya verdiyi müsahibədə Borrell şəxsən tank tədarükünün tərəfdarı olduğunu bildirib.

Daha əvvəl Ukraynaya az sayda öz tanklarının təhvil verildiyini açıqlayan Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bildirib ki, Ukrayna Silahlı Qüvvələri "Leopard"ları əldə edərsə London buna şad olacaq.

Qərb dövlətlərinin Ukraynaya silah tədarükünün artması ilə əlaqədar son günlər Rusiyanın yüksək rütbəli nümayəndələri kütləvi qırğın silahlarından istifadə ilə bağlı təhdidlər edirlər.