Logo
news content
User
Kateqoriyalar

Xəbər

Polşa ordusu Azərbaycan təcrübəsinə əsaslana bilər

Polşanın Milli Təhlükəsizlik Bürosunun keçmiş direktoru, general Stanislav Kozey bildirir ki, onun ölkəsi də silahlanma konsepsiyasını Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsindəki təcrübəsinə uyğunlaşdırmalıdır. General bu haqda RMF FM radiosuna müsahibəsində danışıb.

“Xoşbəxtlikdən biz müəyyən miqdarda dronlara malikik, amma tələbatımıza baxanda bunlar azdır. Biz Polşa silahlı qüvvələrində “dron inqilabı” həyata keçirmək və öz milli proqramımızı başlatmaq fürsətini əldən vermişik. Mən prezident Bronislav Komarovskinin vaxtında milli təhlükəsizlik Bürosuna başçılıq edəndə təklif etmişdim ki, Polşada pilotsuz sistemlər proqramı başlamalıdır, öz istehsalımızı başlatmalıyıq və hərbi sənaye müəssisələrinin imkanlarından istifadə etməliyik. Hazırda Polşa ordusu müəyyən sayda dronlara malikdir, amma bu aparatların müasir silahlı münaqişələrdə, o cümlədən Dağlıq Qarabağda hansı böyük rol oynadığını görəndə onların sayının kifayət etmədiyi aydındır”, - general bildirib.



Stanislav Kozey deyib ki, Azərbaycan PUA-ları rəqibin tank qoşunlarına havadan hücum edərək onları darmadağın etdi. Hansı ki, zirehli texnikanın ən zəif müdafiə olunan hissəsi də üst hissəsidir.

“Dron-kamikadzelərlə zərbələr tanklarla mübarizədə müstəsna effektiv mübarizə metodu oldu. Bizim şərtlərimizdə Polşa bu cür tank qruplaşmalarının hücumunu dəf etmək imkanlarına malik olmaq istəyirsə dronlar əsas vasitə olmalıdır və ordunun modernizasiyası strategiyası məhz onların əsasında qurulmalıdır”, - Polşa generalı deyib.