Polşa Belarusla sərhədi bağlaya bilər
28 Fevral 2023
Polşa daxili işlər nazirinin müavini Maçey Vonşik bildirib ki, Belarusla sərhədlərin tamamilə bağlanması ehtimalı var.
Pressklub.az xəbər verir ki, nazir müavini bu barədə qərar qəbul etməzdən əvvəl Minskdən “müəyyən siqnallar” gözlədiklərini vurğulayıb. "Polşa müxtəlif vəziyyətlərə hazırdır və mən Belarusla sərhəddə gediş-gəlişin dayandırılacağını istisna etməzdim" – Vonşik deyib.