Polis Tbilisidə 66 nümayişçini saxlayıb, müxalifət yeni aksiyalara hazırlaşır
08 Mart 2023
Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Polisin gecə saatlarında etirazı aksiyasını dağıtmasına baxmayaraq, insanlar yenidən küçələrə çıxmaq niyyətindədirlər.
Pressklub.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb. Qeyd olunub ki, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb: “Onlardan bir neçəsi cərrahiyə əməliyyatı olunub”.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq faktı ilə bağlı araşdırmalara başlanılıb: “Eirazçılar polis maşınlarına, xüsusi texnikaya ziyan vurub, parlament binasını yandırıb, pəncərələri sındırıblar. Mitinq iştirakçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara müxtəlif əşyalar atıblar. Polis ardıcıl olaraq güc tətbiq etmək məcburiyyətində qalıb”.
Gürcüstan müxalifəti çərşənbə günü günortadan sonra Tbilisidə parlament binası qarşısındakı meydanda yeni etiraz aksiyasının keçiriləcəyini elan edib və tərəfdarlarını aksiyada iştirak etməyə çağırıb. Bu barədə müxalif “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze bildirib.
Onun sözlərinə görə, polis və xüsusi təyinatlılar qeyri-mütənasib güc tətbiq ediblər.
“Bir çox etirazçı saxlanılıb, onların arasında “Qirçi-Daha çox azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidze də var. Bir neçə saatdan sonra parlamentin qarşısındakı meydanda keçiriləcək etiraz aksiyasına dünənkindən daha çox insan toplaşacaq”, - o, jurnalistlərə açıqlamasında bildirib.
G.Vaşadze əlavə edib ki, dünya ictimaiyyəti, şübhəsiz ki, hazırkı Gürcüstan hakimiyyətini dinc aksiynın dağıdılmasına görə qınayacaq.
KİV-in məlumatına əsasən, hazırda Tbilisidə parlament binasının qarşısındakı meydan tamamilə polis və xüsusi təyinatlıların nəzarətindədir.
Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.