Logo
news content
User
Kateqoriyalar

Xəbər

Podolyak: "Krımı Donbasdan daha tez azad edə bilərik"

Kiyev Krım yarımadasını Donetsk və Luqanskdan daha əvvəl azad etməyə qadirdir.

Pressklub.az xəbər verir ki, bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak "Deutsche Welle"yə müsahibəsində bildirib.

“Müharibənin məntiqi belədir ki, Krımı azad etmək imkanı mütləqdir. Mümkün qədər tez, hətta Donetsk və Luqanskdan da tez ola bilər. Amma mənə elə gəlir ki, biz Donetski və Luqanski mümkün qədər sərt şəkildə azad etməliyik. Bu simvolik olardı. Çünki bu məxluq davamlı olaraq “Donbas xalqından”, onu azad etməkdən danışır. Sadəcə azad etmək lazmdır ki, bu məxluq "Donbass" sözünü təhqir etməkdən əl çəksin. Elə etmək lazımdır ki, onun belə bir aşağılıq kompleksi olsun”, - Podolyak deyib.

O əlavə edib ki, müəyyən şərtlər yerinə yetirilərsə, yarımadanın kifayət qədər tez bir zamanda işğaldan azad etmək mümkündür.

“Bu bizim əks əməliyyatlarımızı necə planlaşdırmağımızdan, bizə silah tədarükündən və ATACMS raketlərinin Krım yarımadasının hər yerinə çatması imkanından asılıdır”, - Podolyak vurğulayıb.